Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 49 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 49 yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 793 min 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 465 nəfər müalicə olunaraq sağalıb, 9 min 718 nəfər vəfat edib. Aktiv xəstə sayı 254 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 403, bu günə qədər isə ümumilikdə 6 milyon 974 min 930 test icra olunub.

ƏvvəlkiAzərbaycanla İsrail turizm sahəsində əməkdaşlıq edəcək
NövbətiMetroda balta ilə insanları hədələyən şəxs saxlanıldı