Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 468 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 468 yoluxma faktı qeydə alınıb, 396 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 807 min 984 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 794 min 621 nəfər müalicə olunaraq sağalıb, 9 min 784 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 579 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 120, bu günə qədər isə ümumilikdə 7 milyon 116 min 736 test icra olunub.

ƏvvəlkiBu il elektron qaydada 171 minə yaxın pensiya, müavinət, təqaüd təyin olunub
NövbətiBirinci vitse-prezident Mehriban Əliyeva İslamiadada medal qazanan idmançılarımızı təbrik edib