Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 36 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 36 yoluxma faktı qeydə alınıb, 38 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 828 min 819 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 456 nəfər müalicə olunaraq sağalıb, 10 min 138 nəfər vəfat edib. Aktiv xəstə sayı 225 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1665, bu günə qədər isə ümumilikdə 7 milyon 536 min 288 test icra olunub.

Əvvəlkiİnsan hüquqları üzrə Avropa Konvensiyasının 13 nömrəli Protokolu Azərbaycan tərəfindən imzalanıb
NövbətiMartın 8-də Azərbaycanda COVID-19 əleyhinə 430 doza vaksin vurulub