Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 333 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 333 yoluxma faktı qeydə alınıb, 187 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 796 min 474 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 784 min 840 nəfər müalicə olunaraq sağalıb, 9 min 735 nəfər vəfat edib. Aktiv xəstə sayı 1899 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 945, bu günə qədər isə ümumilikdə 7 milyon 24 min 138 test icra olunub.

ƏvvəlkiMaks Ferstappen “Formula-1” üzrə Fransa Qran Prisinin qalibi olub
NövbətiÖlkədə koronavirus əleyhinə vaksin vurulanların sayı açıqlanıb