Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 2372 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2372 yoluxma faktı qeydə alınıb, 4616 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 777 min 804 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 742 min 326 nəfər müalicə olunaraq sağalıb, 9280 nəfər vəfat edib. Aktiv xəstə sayı 26 min 198 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 318, bu günə qədər isə ümumilikdə 6 milyon 501 min 358 test icra olunub.

ƏvvəlkiBu gün Azərbaycanda COVID-19 əleyhinə 40 min 398 doza peyvənd vurulub
NövbətiAzərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında təkbətək görüş olub