Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 149 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 149 yoluxma faktı qeydə alınıb, 431 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 789 min 481 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 775 min 706 nəfər müalicə olunaraq sağalıb, 9531 nəfər vəfat edib. Aktiv xəstə sayı 4244 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3512, bu günə qədər isə ümumilikdə 6 milyon 603 min 318 test icra olunub.

ƏvvəlkiBelarusda Ukrayna və Rusiya danışıqları başa çatıb
NövbətiBMT: Ukraynada fevralın 24-dən indiyədək 406 dinc sakin ölüb