Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 854 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 854 yoluxma faktı qeydə alınıb, 1569 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 613 min 59 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 591 min 724 nəfər müalicə olunaraq sağalıb, 8 min 257 nəfər vəfat edib. Aktiv xəstə sayı 13 min 78 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 462, bu günə qədər isə ümumilikdə 5 milyon 788 min 891 test icra olunub.