Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 84 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 84 yoluxma faktı qeydə alınıb, 82 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 826 min 249 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 min 723 nəfər müalicə olunaraq sağalıb, 10 min 8 nəfər vəfat edib. Aktiv xəstə sayı 518 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 909, bu günə qədər isə ümumilikdə 7 milyon 427 min 596 test icra olunub.