Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 622 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 622 yoluxma faktı qeydə alınıb, 678 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 809 min 335 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 795 min 900 nəfər müalicə olunaraq sağalıb, 9 min 795 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 640 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 442, bu günə qədər isə ümumilikdə 7 milyon 127 min 158 test icra olunub.