Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 62 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 62 yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 824 min 574 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 298 nəfər müalicə olunaraq sağalıb, 9 min 984 nəfər vəfat edib. Aktiv xəstə sayı 292 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 662, bu günə qədər isə ümumilikdə 7 milyon 385 min 915 test icra olunub.