Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 214 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 214 yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 819 min 338 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 807 min 698 nəfər müalicə olunaraq sağalıb, 9 min 884 nəfər vəfat edib. Aktiv xəstə sayı 1756 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 311, bu günə qədər isə ümumilikdə 7 milyon 213 min 45 test icra olunub.