Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 1512 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1512 yoluxma faktı qeydə alınıb, 3698 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 784 min 260 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 761 min 590 nəfər müalicə olunaraq sağalıb, 9378 nəfər vəfat edib. Aktiv xəstə sayı 13 min 292 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 122, bu günə qədər isə ümumilikdə 6 milyon 543 min 255 test icra olunub.