Son sutkada Azərbaycanda 62 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 62 yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 min 55 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşdirilib, onlardan 816 min 462 nəfər müalicə olunaraq sağalıb, 10 min 33 nəfər vəfat edib. Aktiv xəstə sayı 560 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2112, bu günə qədər isə ümumilikdə 7 milyon 449 min 907 test icra olunub.