SOCAR-ın prezidenti “Boston Consulting Group” şirkətinin idarəedici direktoru və baş tərəfdaşı ilə görüşüb

Mayın 30-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Boston Consulting Group” şirkətinin (BCG) idarəedici direktoru və baş tərəfdaşı Pattabi Seşadri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə SOCAR ilə BCG şirkəti arasında səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, BCG tərəfindən həyata keçirilən layihələr, o cümlədən rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində görülən işlər haqqında məlumat verilib.

Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli korporativ strategiyasından bəhs edilib, bu xüsusda müəssisələrdə rəqəmsal və innovativ texnologiyaların tətbiqinin prioritet istiqamətlər olaraq müəyyənləşdirildiyi diqqətə çatdırılıb.

Görüşdə, həmçinin enerji keçidi, dekorbanizasiya və rəqəmsallaşma sahələrində mövcud və potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ƏvvəlkiPərviz Şahbazov: “Azərbaycan Britaniya ilə uğurlu əməkdaşlığı enerji keçidi istiqamətində də davam etdirir”
NövbətiAzərbaycan Respublikası 1970-ci il Konvensiyasının Yardımçı Komitəsinə üzv seçilib