SOCAR-ın işçisi dənizə düşərək ölüb

MPK-460” gəmisi “28 May” NQÇİ-nin 19 saylı dərin dəniz özülündən yük qəbul edərkən 4-cü dərəcəli takelajçısı Hüseynov Ağazaman Əlqardaş oğlu gəminin yırğalanması nəticəsində müvazinətini itirərək dənizə düşüb.

SOCAR-dan Trend-ə verilən məlumata görə, suya atılan xilasetmə dairələrini tuta bilməyən A.Hüseynov “Nefteqaz-62” gəmisindən suya endirilmiş qayıq vasitəsilə sudan çıxarılıb.

Gəmidə olan heyət tərəfindən A.Hüseynova ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, onun öldüyü məlum olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Əvvəlkiİnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib
NövbətiBMT-nin İşgəncələrə qarşı Komitəsi Fransadakı vəziyyətlə bağlı narahatlığını bildirib