SOCAR I rübdə 500 milyon manatdan çox vergi ödəyib

Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin neft sektoru üzrə gəlirləri 3 milyard 860 milyon manat təşkil edib ki, bunun da 59,2 %-ni və yaxud 2 milyard 284 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 40,8 %-ni və yaxud 1 milyard 576 milyon manatını Dövlət Neft Fondundan transfert təşkil edib.

“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə daxil olmuş vəsaitin 67,7 %-i və yaxud 1 milyard 545,7 milyon manatı “Şahdəniz” yatağı üzrə mənfəət vergisi, 22,5 %-i və yaxud 513,1 milyon manatı Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi müvafiq vergilər, 9,8 %-i və yaxud 225,2 milyon manatı isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin ödədiyi mənfəət vergisi olub.

ƏvvəlkiKişi həndbolçuların Azərbaycan çempionatında mübarizəsi davam edir
NövbətiOmbudsman Ermənistanda saxlanılan Azərbaycan hərbçiləri ilə bağlı növbəti dəfə beynəlxalq təşkilatlara müraciət edib