Sloveniya Ukraynaya 20 ədəd ZDM verib

Sloveniya hökuməti tam məxfilik şəraitində Ukraynaya 20 ədəd “Valuk” zirehli döyüş maşını (ZDM), Avstriyanın “Pandur” maşınlarının analoqu olan texnika verib.

“Report” xəbər verir ki, bu barədə Sloveniyanın “24UR” xəbər portalı mənbələrinə istinadən məlumat yayıb.

“Sloveniyanın belə ianəsinin rəsmi təsdiqini almamışıq və yəqin ki, bir müddət daha bu barədə məlumat almayacağıq. Amma mənbələrimiz Ukraynaya tədarükün bu həftə tam məxfilik şəraitində başa çatdığını təsdiqləyib. Əməliyyatın özü bir neçə ay davam edib, çünki texnikanı hazırlamaq, ona xidmət göstərmək və daşımaq lazım idi. Texnikalar təyyarə ilə qonşu ölkələrdən birinə çatdırılıb. Dayanacaq, böyük ehtimal, Polşa və ya Slovakiyadakı Ukraynaya yarım mərkəzlərindən biri olub”, – məlumatda deyilir.

ƏvvəlkiSudanda silahlı toqquşmalarda ölənlərin sayı 500 nəfəri ötüb
NövbətiSudandan 26 Azərbaycan vətəndaşının ölkəmizə təxliyəsi həyata keçirilir