Siyavuş Novruzov: “Korrupsiyaya meyilənənlərin qarşısı alınmalıdır”

“Hesablama Palatası öz imkanları daxilində kifayət qədər fəaliyyət göstərir. Bəzi hallarda imkanlarından yüksək fəaliyyət ortaya qoyur. Biz köhnə sistemindən çıxıb yeni sistemə daxil olmalıyıq. Dövlət başçısı struktur islahatları aparır. “Hesablama Palatası haqqında” qanuna dəyişiklik edilməklə qurumun strukturunu islahatlara uyğun formalaşdırmalıyıq. Bəzi hallarda dövlət qurumlarında vəsait mənimsənilir, vəsaiti mənimsəyən cəza çəkməyə razı olur, nəinki vəsaiti qaytarmağa. Təklif edirəm ki, yoxlamalar mütəmadi aparılsın, bu illik, hətta 6 aylıq ola bilər”.

Türk.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri qeyd edib ki, lazım olduğu təqdirdə bura əlavə kadrlar cəlb olunmalıdır: “Korrupsiyaya meyilənənlərin qarşısı alınmalıdır. Buna görə Hesablama Palatasına dəstək verilməlidir ki, fəaliyyətini daha da yüksək səviyyədə həyata keçirsin”.

ƏvvəlkiPrezident İlham Əliyev bir il əvvəlki reytinqini və seçicilərinin yüksək etimadını daha da artırıb – SORĞU
NövbətiPrezident İlham Əliyev: “Bu, tarixi hadisədir”