“Singapore Airlines” təyyarələrinin İran səmasında uçmasını qadağan edib

“Singapore Airlines” aviaşirkəti İranın ABŞ-ın İraqdakı iki hərbi bazasına raket zərbələri endirməsindən sonra təyyarələrinin İran üzərindən uçmasını qadağan edib.

Türk.az TASS-a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin bəyanatında deyilir.

Məlumata görə, təyyarələrin İran hava məkanından yan keçməklə Avropaya və əksinə, Avropadan uçmasına dair qərar qəbul olunub.

Qeyd edək ki, daha əvvəl ABŞ Federal Aviasiya Administrasiyası Amerika mülki təyyarələrinin İraq, İran əraziləri, Fars və Oman körfəzləri suları üzərindən uçmasına qadağa qoyub.

Əvvəlkiİranda sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbi açıqlanıb
NövbətiYandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyeva dəfn olunub