Silvio Berluskoni Avropa Parlamenti seçkilərində iştirak edəcək

İtaliyanın sabiq Baş naziri, İrəli İtaliya Partiyasının sədri, 82 yaşlı Silvio Berluskoni may ayında Avropa Parlamentinə keçiriləcək seçkilərdə namizədliyini irəli sürmək fikrində olduğunu bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, qocaman siyasətçi Sarduniyadakı partiya tədbirlərinin birində “Artıq dəyişməyə möhtac olan Avropada səsimi eşitdirmək üçün seçkilərdə iştirak etmək qərarına gəlmişəm” deyib.

Xatırladaq ki, S.Berluskonu İtaliyada 3 dəfə hökumət başçısı seçilib.

ƏvvəlkiAzərbaycan ötən ilin 11 ayında Rusiyadan 410 min dollarlıq dəmir yolu şpalı alıb
Növbəti“SOCAR karbamid” zavodunda məhsul ixracına ikinci rübün əvvəlindən başlanacaq