Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək

Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin Qətiyyətli Dəstək missiyası formatında keçiriləcək görüşdə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.
Tədbir 15-16 yanvar tarixlərində NATO-nun Mənzil-Qərargahında Baş Qərargah Rəisləri səviyyəsində keçiriləcək.

ƏvvəlkiArif Alışanov vəzifəsindən azad olunub
NövbətiHava şəraiti ilə əlaqədar 1700-dən çox neftçi təxliyyə ediləcək