Sentyabrın 10-da Azərbaycanda COVID-19 əleyhinə 1662 doza vaksin vurulub

Sentyabrın 10-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1662 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 454, ikinci doza vaksinlərin sayı 222, üç və daha çox doza vaksinlərin sayı 835, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 151-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 872 min 584, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 376 min 789, ikinci mərhələ üzrə 4 milyon 864 min 789, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 370 min 682, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 260 min 324-dür.