Senatda Trampın impiçmenti prosesi başlayıb

Amerika Senatında ABŞ-ın keçmiş prezidenti Donald Trampın impiçmenti üzrə proses başlayıb.

“Report”un məlumatın görə, impiçment bir maddə üzrə elan edilib – qiyama təhriketmə.

Senatorlar eks-prezidentin mitinqdəki çıxışlarının qiyama təhrik sayıla biləcəyini müzakirə edəcəklər. Tərəflərin hər birinə arqumentlərini təqdim etmək üçün 16 saata qədər vaxt veriləcək. Bundan sonra münsiflər heyəti vəzifəsini icra edən senatorlar impiçment məsələsində səs verəcəklər.

Trampın impiçment mühakiməsi ABŞ prezidentinin artıq vəzifəsində olmadığı halda keçirilən ilk prosesdir və əgər eks-prezident təqsirli bilinərsə onun bir daha prezidentlik postuna qayıtmasına qadağa qoyula bilər.

Xatırladaq ki, yanvarın 6-da ABŞ prezidenti Donald Tramp Ağ Evin yaxınlığında mitinqdə tərəfdarlarını seçkilərin nəticələrinə etiraz edərək “zəif respublikaçılara kömək etmək üçün” Kapitoliyə getməyə çağırıb.

Trampın tərəfdarları Kapitolini mühasirəyə alıb, onlar bundan sonra zorla binaya girib və prezident seçkilərində Co Baydenin qələbəsini təsdiqləyən Konqresin birgə sessiyasını yarımçıq kəsiblər. Hadisələr zamanı baş verən qarışıqlıqlar zamanı beş nəfər həlak olub.

Əvvəlki“Yeddi gözəl” Moskva səhnəsində
NövbətiAzərbaycanda koronavirusdan 236 nəfər sağalıb, 147 yeni yoluxma faktı qeydə alınıb