Samuxda zəlzələ olub

Gəncə seysmoloji stansiyasından 33 kilometr şimal-şərqdə – Samux rayonunda maqnitudası 3.1-ə bərabər olan zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Yerli vaxtla saat 20:13-də qeydə alınan yeraltı təkanlarıın episentri 18 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss edilməyib.

ƏvvəlkiBaş Prokurorluq İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələri genişləndirir
Növbəti“Səməd Vurğun” kitabının təqdimatını keçirəcək