Salyanda yol qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb

Salyanda bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Şorsulu kəndi ərazisində baş verib. İki avtomobilin toqquşması nəticəsində hələlik şəxsiyyəti məlum olmayan bir nəfər hadisə yerində ölüb. Ağır xəsarət alan Astara rayon sakinləri Orxan Mirzəzadə və Rəhmin Əsədullayev Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.