Salyanda partlamamış mərmilər tapılıb

Salyanda partlamamış mərmilər tapılıb.

“Report”un Aran bürosunun məlumatına görə, rayonun Dayıkənd kəndi ərazisində kollektor qazıntısı aparılarkən 29 ədəd partlamamış mərmi aşkarlanıb.

Hadisədən sonra ərazidə qazıntı işləri dayandırılıb və aidiyyəti qurumlara məlumat verilib.

Əraziyə hüquq-mühafizə orqanları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür.

ƏvvəlkiBritaniya Rusiyanın 86 fiziki və hüquqi şəxsinə sanksiya tətbiq edib
NövbətiPrezident İlham Əliyev: Ermənistanın sürətlə silahlanması yeni təhlükələr yaradır