Salyanda 10 yaşlı uşaq yük maşınının altında qalaraq ölüb

Salyanda azyaşlı uşaq yük maşınının altında qalaraq dünyasını dəyişib.

Türk.az xəbər verir ki, hadisə rayonun Xıdırlı kəndində qeydə alınıb.

Belə ki, həyətdə velosiped sürən kənd sakini, 2008-ci il təvəllüdlü Nuran Məhəmməd oğlu Məlikov “KaMAZ” markalı yük maşınının altında qalaraq dünyasını dəyişib.

Faktla bağlı raşdırma aparılır.