Sahil zolağını çirkləndirən şəxs cəzalandırılıb

Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində dəniz sahilinə bərk tullantıların atılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayəti xidmətin əməkdaşları yerində araşdırıblar.

Xidmətin rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, həmin əraziyə baxış keçirilib və sahil zolağına yaxın ərazidə fərdi yaşayış evinin tikintisi zamanı formalaşan inşaat tullantılarının dəniz sahilinə atıldığı məlum olub. Faktla bağlı qanun pozucusu, fərdi yaşayış evinin sahibi vətəndaş Sadıx Babayev cərimə olunub, əraziyə cavabdeh Türkan bələdiyyəsi barəsində isə inzibati tədbir görülüb. Sahil zolağının qısa vaxt ərzində tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün aidiyyəti qurumlara müraciət olunub.

ƏvvəlkiLaçındakı su elektrik stansiyası yenidən qurulur
NövbətiGəncədə gizli fəaliyyət göstərən repetitor kursu aşkarlanıb