Şagird tənəffüs vaxtı bıçaqlanıb

Qazax Rayon Təhsil Şöbəsi məktəbdə baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb.

Şöbədən “Report”a bildirilib ki, tənəffüs zamanı Qazax şəhəri 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Məhəmməd Qasımov aralarında yaşanan mübahisə zəminində X sinif şagirdi Nihat Əliyevə bıçaqla xəsarət yetirib.

Nihat Əliyev dərhal Qazax Rayon Diaqnostika Mərkəzinə aparılıb. Yüngül sıyrılmış yaralar alan məktəblinin vəziyyəti yaxşı qiymətləndirilir.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

ƏvvəlkiFransada məhkəməyə müraciət edən azərbaycanlı mühacirlərin sayı kəskin azaldı
Növbəti“Cənnət Park”da güclü yanğın baş verib