Sabirabadda bazardakı yanğın söndürülüb

Xəbər verildiyi kimi, Sabirabad şəhərində yerləşən Mərkəzi Bazarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

FHN-in mətbuat xidmətindən bazar günü Trend-ə bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 5 hektar olan bazar ərazisində bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı ticarət obyektlərinin (meyvə-tərəvəz, geyim, təsərrüfat malları və s.) yanar konstruksiyaları 9000 m² sahədə yanıb.

Bazarın böyük hissəsi və digər ticarət obyektləri, bitişik evlər yanğından mühafizə olunub.

ƏvvəlkiÖzbəkistanda hərbi anbarda partlayış nəticəsində 3,7 mindən çox bina zədələnib
NövbətiBu gün Fransada Azərbaycanın 150 illik xalçası nümayiş olunacaq