Sabirabad sakini bıçaqlanıb

Sabirabad rayon sakini bıçaqlanıb.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, rayonun Bulaqlı kənd sakini, 1975-ci il təvəllüdlü Cövlət Məmməd oğlu Məmmədov tanışı tərəfindən döyülüb və sonra bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstənaya çatdırlıb. Xəstəxanadan bildirilib ki, döş qəfəsindən bıçaq yarası alan C.Məmmədov əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlkiİmran Xan Pakistanın yeni baş naziri kimi and içib
NövbətiBədii gimnastika üzrə “GymBala” beynəlxalq turnirinə yekun vurulub