“Sabina” parfümeriya şirkətlər qrupunun rəhbəri vəfat edib

“Sabina” parfümeriya şirkətlər qrupunun prezidenti Fuad Şıxəliyev vəfat edib.

Türk.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu gün səhər saatlarında Fransanın Kann şəhərində dünyasını dəyişib. Şıxəliyevin ürəktutmadan öldüyü deyilir.

Qeyd edək ki, Fuad Şıxəliyev azərbaycanlı milyarder Araz Ağalarovun dayısı nəvəsidir.