“Sabah” – “Beşiktaş” oyununda 6 qol vurulub, qalib müəyyənləşməyib

Bakıda “Sabah” və Türkiyənin “Beşiktaş” klubları arasında keçirilən xeyriyyə oyunu başa çatıb.

“Report” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb.

Qonaqların heyətində 24 və 44-cü dəqiqələrdə Umut Meraş, 63-cü dəqiqədə penaltidən Cenk Tosun fərqlənib.

Azərbaycan təmsilçisində isə qolları 3-cü, 5-ci dəqiqələrdə Aleksey Kaşuk, 70-ci dəqiqədə Davit Volkov vurub. 41-ci dəqiqədə “Sabah”ın hücumçusu Coy Lens Mikels 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.

Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

ƏvvəlkiPrezident İlham Əliyev Belçika Krallığına işgüzar səfərə gəlib
NövbətiBVF Qafqaz və Orta Asiya Mərkəzi Banklarına tövsiyələr verib