Sabah Azərbaycanda Türkiyə üçün yardım kampaniyası təşkil ediləcək

Sabah Azərbaycanda Türkiyə üçün yardım kampaniyası təşkil ediləcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Sabah axşam saat Türkiyə və Azərbaycanda “Türkiyə tək ürək” şüarı ilə yardım kampaniyası təşkil olunacaq.

Qətərdən göndərilən 10 min konteyneri ölkə daxilindən və xaricdən edəcəyimiz əlavələrlə ehtiyacı olanların xidmətinə verəcəyik. İanə və digər üsullarla bölgəyə gətirilən materialların sayı 25 milyona çatıb”, – deyə Türkiyə prezidenti bildirib.

ƏvvəlkiTürkiyədə zəlzələ bölgəsindən 513 nəfər Azərbaycan vətəndaşı təxliyə olunub
NövbətiDövlət Gömrük Komitəsinə sədr təyin edildi