Saatlıda qəbristanlıqda oğurluq edilib

Saatlı rayonunda qəbristanlıqda oğurluq hadisəsi baş verib.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 9-da Əhmədbəyli kəndi ərazisində yerləşən qəbristanlıqdakı məzarlardan birinin ətrafına quraşdırılan məhəccərin alüminiumdan olan bəzək əşyalarını oğurlamaqda şübhəli bilinən kənd sakini M.Əsgərov saxlanılıb.

ƏvvəlkiUNEC rektorundan dərslərini yarımçıq qoyub Vətənə dönən tələbələrə orijinal təklif
NövbətiSumqayıt polisi əməliyyat keçirdi, saxlanılanlar var