Səsvermənin son nəticələrinə görə Donald Tramp ABŞ-da prezident seçkilərinin ehtimal edilən qalibidir

ABŞ-da yerli vaxtla saat 01.30-a olan məlumata görə, Respublikaçılar Partiyasının namizədi Donald Tramp Co Baydenə verilən 237 səs qarşılığında seçkicilər kollegiyasının 213 səsini toplamağa nail olub.

AZƏRTAC xəbər verir ki, Tramp Florida, Şimali Karolina, Ohayo, Miçiqan, Pensilvaniya kimi “qərarsız” ştatların səsləri ilə uğur qazandıqdan sonra gözlənilməz nəticələrə nail olub. Qələbə üçün namizədə seçkicilər kollegiyasının 270 səsini toplamaq vacibdir. Hazırda Baydenin daha çox toplanmış səsə malik olmasına baxmayaraq, səslərin hesablanmasının tam başa çatmadığı ştatlarda rəqəmlər daha çox Trampın xeyrinədir. Səslərin hesablanmasının hələ davam etdiyi ştatlarda Tramp azı 5 faiz bəndi qədər irəlidədir. Hələlik səslərin 3 faizinin hesablandığı Nevada ştatında isə Tramp rəqibini tam 40 faiz qabaqlayır.

Beləliklə, ştatlar üzrə səsvermənin “xəritəsi” getdikcə daha artıq dərəcədə 2016-cı il prezident seçkilərinin nəticələrinə oxşayır. O vaxt Tramp Hillari Klinton üzərində qələbə qazanmışdı.

Prezidentin seçilməsi prosesi davam edir. Belə ki, seçki dairələrinin bəzisi seçkilərin nəticələrini hələ təqdim etməyib.

ƏvvəlkiTanınmış tatar yazıçısı Azərbaycana dəstəyini bəyan etdi
NövbətiPrezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib