Şərqi Zəngəzur Gömrük İdarəsi yaradıldı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Trend xəbər verir ki, Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 540; 2013, № 12, maddə 1552; 2014, № 1, maddə 14; 2015, № 6, maddə 699; 2016, № 9, maddə 1487, № 10, maddə 1626; 2017, № 12 (I kitab), maddə 2333; 2018, № 7 (I kitab), maddə 1487; 2019, № 6, maddə 1031; 2020, № 2, maddə 97, № 6, maddə 702; 2022, № 7, maddə 742, № 8, maddə 871, № 11, maddə 1268; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 20 fevral tarixli 2037 nömrəli və 29 mart tarixli 2072 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci hissənin birinci abzasına “daxil olan” sözlərindən sonra “gömrük orqanları və tabeliyində olan digər” sözləri əlavə edilsin;

1.2. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. ərazi gömrük idarələri:

2.1.1. Bakı Baş Gömrük İdarəsi;

2.1.2. Naxçıvan Baş Gömrük İdarəsi;

2.1.3. Astara Gömrük İdarəsi;

2.1.4. Balakən Gömrük İdarəsi;

2.1.5. Biləsuvar Gömrük İdarəsi;

2.1.6. Gəncə Gömrük İdarəsi;

2.1.7. Xaçmaz Gömrük İdarəsi;

2.1.8. Sumqayıt Gömrük İdarəsi;

2.1.9. Şərqi Zəngəzur Gömrük İdarəsi;

2.1.10. Tovuz Gömrük İdarəsi;”;

1.3. 2.2.2-ci yarımbənddə “Enerji resursları və dəniz nəqliyyatında Baş Gömrük İdarəsi” sözləri “Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi” sözləri ilə əvəz edilsin;

1.4. aşağıdakı məzmunda 2.2.4-cü yarımbənd əlavə edilsin:

“2.2.4. Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsi;”;

1.5. 2.4-cü bəndə “digər qurumlar” sözlərindən əvvəl “tabeliyində olan” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Əvvəlkiİlin ilk Ay tutulması başlayıb
NövbətiFüzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməli qoyulub