Sərnişin qatarlarının hərəkət cədvəli yenilənəcək

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsindən Türk.az-a verilən məlumata görə,Sərnişin qatarlarının hərəkət cədvəllərində dəyişiklik
olunub.

Dekabrın 8-dən etibarən beynəlxalq, ölkədaxili sərnişin və elektrik
qatarlarının 2019/2020-ci illər üçün yeni hərəkət cədvəli tətbiq ediləcək.
Bununla əlaqədar sərnişin qatarlarının hərəkət cədvəllərində dəyişiklik
olunub.
Yeni hərəkət cədvəlində Rusiya Dəmir Yollarına məxsus olan
392/391 nömrəli Rostov-Bakı-Rostov sərnişin qatarının tərkibində əlavə
olaraq, Novorossiysk-Bakı-Novorossiysk və Mahaçqala-Bakı-
Mahaçqala qoşma vaqonları hərəkət edəcək.
Sərnişin qatarlarının maksimal hərəkət sürətlərinin artırılması ilə
əlaqədar olaraq, yeni hərəkət cədvəlində Bakı-Tbilisi-Bakı beynəlxalq
sürət qatarının və ölkədaxili sürət və sərnişin qatarlarının hərəkət
cədvəlləri dəyişdirilib. Maksimal hərəkət sürətlərinin artırılması
səbəbindən Bakı-Tbilisi-Bakı marşrutu ilə hərəkət edən beynəlxalq
sürət qatarının yolda olma müddəti 55 dəqiqə, Bakı-Böyük Kəsik-Bakı
marşrutu ilə hərəkət edən ölkədaxili sərnişin qatarlarının yolda olma
müddəti isə 50 dəqiqə azalıb. Belə ki, Bakı-Tbilisi-Bakı marşrutu ilə
hərəkət edən 38/37 nömrəli beynəlxalq sürət qatarı Bakıdan saat 23:15-
də (20:40 əvəzində) yola düşəcək, 10:35-də (8:55 əvəzində) Tbilisiyə
çatacaq. Tbilisidən saat 20:35-də yola düşən qatar isə saat 7:30-da (8:52
əvəzində) Bakıda olacaq. Sərnişinlərin rahatlığının təmin edilməsi
məqsədilə sərhəd-nəzarət məntəqəsində yoxlanılmanın erkən saatlarda
aparılmaması da yeni hərəkət qrafikində nəzərə alınıb.

Bakı-Böyük Kəsik-Bakı marşrutu ilə hərəkət edən 666/665 nömrəli
sərnişin qatarı yeni cədvəldə 66/65 nömrəsi ilə sürət qatarı kimi hərəkət
edəcək. Qatar Bakıdan saat 23:55-də (23-00 əvəzində) yola düşəcək.
Saat 8:55-də (8-50 əvəzində) Böyük Kəsik stansiyasına çatacaq.Saat
21:40-da (20-20 əvəzində) Böyük Kəsik stansiyasından yola düşəcək
qatar saat 6:25-də (6-30 əvəzində) Bakıda olacaq.
Qatarların yeni hərəkət cədvəlləri “Azərbaycan Dəmir Yolları”
Qapalı Səhmdar Cəmiyyətinin ady.az saytında yerləşdiriləcək.

 

ƏvvəlkiTürkiyə XİN başçısı: “NATO-ya güzəştə getməyimizlə bağlı məlumatlar doğru deyil”
NövbətiMilli Məclisin deputatı Yevda Abramov vəfat edib