Şərif Şərifov Türkiyədə qalib oldu

Azərbaycan sərbəst güləşçisi Şərif Şərifov Türkiyənin İstanbul şəhərində keçirilən Yaşar Doğu turnirinin qalibi olub.

“Report”un məlumatına görə, 97 kq çəki dərəcəsində yer alan 33 yaşlı pəhləvan mübarizəyə 1/4 finaldan qoşulub. Olimpiya, dünya və Avropa çempionu ilk görüşdə tunisli Səid Məhəmmədə tam üstünlüklə qalib gəlib – 10:0. Titullu güləşçi yarımfinalda Givi Matçaraşvili ilə qarşılaşıb. Şərifov yanvarda Fransanın Nitsa şəhərindəki Qran-pridə məğlub olduğu Gürcüstan təmsilçisindən revanş alıb – 3:0.

Beləliklə, Şərifov adını finala yazdırıb. Millimizin üzvü bu gün həlledici qarşılaşmada türkiyəli Mustafa Səssizlə qarşılaşıb. Rəqibini 4:0 hesabıyla məğlub edən təcrübəli pəhləvanı Yaşar Doğu turnirinin qızıl medalını qazanıb.

ƏvvəlkiBu gün “Avro-2020”nin səkkizdəbir final mərhələsinə start veriləcək
NövbətiHadrutda “Dəmir yumruq” abidəsi ucaldıldı