Şəmkirdə su anbarında iki nəfər qayıqda köməksiz vəziyyətdə qalıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə Şəmkir rayonu ərazisində Şəmkirçay su anbarında iki nəfərin qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan əraziyə cəlb edilib. Əlavə məlumat veriləcək.

ƏvvəlkiMilli Məclis işsiz şəxslərə güzəşt edilməsinə dair sənədi təsdiqlədi
NövbətiSərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi yaxın günlərdə təmin ediləcək