Şəmkirdə 3 Dekabr – Beynəlxalq Əlilliyi olan şəxslər Günü qeyd olunub

Şəmkirdə 3 Dekabr – Beynəlxalq Əlilliyi olan şəxslər Gününə həsr olunan tədbir təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbir rayon icra hakimiyyətinin, rayon təhsil sektorunun və Şəmkir Uşaq Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Çıxış edənlər Azərbaycanda əlilliyi olan şəxslərin dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd ediblər.

Bildirilib ki, ölkədə əhalinin həssas qruplarının, o cümlədən əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahələrində mühüm işlər aparılır. Son illər ölkəmizdə müasir reabilitasiya sistemi qurulmaqla yeni reabilitasiya mərkəzləri istifadəyə verilib, həmçinin bu sahədə qabaqcıl dünya təcrübəsinə uyğun yeni xidmətlər tətbiq olunur.

Tədbir bədii hissə ilə davam edib.

Sonda əlilliyi olan uşaqlara hədiyyələr təqdim edilib.

ƏvvəlkiBərdədə muğam konserti təqdim edilib