Şəhid Anaları Qəbələ rayonunda tədbir keçirdi

Azərbaycan Respublikasınnın Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid Analarına Dəstək” İçtimai Birliyinin həyata keçirdiyi “Zəfərin şahinləri Şəhidlər qonaq gəlib” layihəsi çərçivəsində 22 sentyabr 2023-cu il tarixində Qəbələ rayon Mədəniyyət Mərkəzində ilk ədəbi bədii gecə keçirildi. Tədbirdə layihə çərçivəsində “BAYFİLM” MMC tərəfindən istehsal olunmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə ithaf olunmuş “Missiya” qısametrajlı bədii film nümayış olundu.

Rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivlərinin, şəhid ailələrinin, qazilər və müharibə iştirakçılarının, rayon ictimaiyyətinin iştirak etdiyi tədbirdə torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan Vətən müharibəsində şəhid olanların xatirəsinin yaddaşlardan heç vaxt silinməyəcəyini qeyd etmiş, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərindən danışmış, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Tədbirin sonunda “Şəhid Analarına Dəstə” İctimai Birliyin sədri şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova layihələrinə maliyyə dəstəyi verdiyinə görə Azərbaycan Respublikasınnın Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbirin keçirilməsinə böyük dəstək göstərdiyinə görə Qəbələ Rayon İcra Hakimiyyətinə öz təşəkkürünü bildirmişdir.

ƏvvəlkiBMT-də keçirilən “Dekolonizasiya: Sakit İnqilab” konfransının yekun bəyanatı qəbul olunub
NövbətiAntonio Quterreş Qarabağdakı erməni silahlı birləşmələrinin tərk-silah prosesi barədə məlumatlandırılıb