Şəhid Fərid Quliyev Qaradağda dəfn olunub

Ermənilərin törətdiyi genişmiqyaslı təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü Fərid Quliyev dəfn olunub.

“Report” xəbər verir ki, şəhidin nəşi Qaradağ rayonunun Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, rayon rəsmiləri, hərbçilər, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.