Rusiyanın valyuta ehtiyatları azalıb

Sentyabrın 6-dan 14-nə qədər davam edən 1 həftə ərzində Rusiyanın valyuta ehtiyatları 1,5 milyard ABŞ dolları və yaxud 0,3% azalaraq 532,7 milyard dollardan 531,2 mlrd. dollara düşüb.

“Report” bu barədə Rusiya Bankına (Mərkəzi Bank) istinadən xəbər verir.

Xatırladaq ki, valyuta ehtiyatları adı çəkilən quruma və hökumətə məxsus yüksək likvidli xarici aktivlərdən ibarətdir.