Rusiyanın SWIFT-dən ayırmaq üçün hazırlıqlara başlanılıb

“Rusiyanı beynəlxalq banklararası SWIFT sistemindən ayırmaq üçün hazırlıqlara başlanılıb”.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba məlumat verib.

“Bütün Ukrayna diplomatiyası işlədi – Ukrayna prezidentindən tutmuş Ukrayna səfirliyindəki attaşeyə qədər”, – deyə o, əlavə edib.

Nazir qeyd edib ki, ukraynalı diplomatlar bu qələbəni Ukraynanın bütün müdafiəçilərinə həsr edirlər.

Qeyd edək ki, ABŞ hökuməti də Ukraynada hərbi əməliyyatlara başlayan Rusiyaya qarşı sanksiyaların tətbiqi kimi onları beynəlxalq banklararası sistemi olan SWIFT-dən ayırmağı ciddi şəkildə nəzərdən keçirir.

ƏvvəlkiAlban-udi xristian icmasının üzvləri Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar “Xudavəng” məbədini ziyarət ediblər
NövbətiBirinci vitse-prezident Mehriban Əliyeva: Əlibaba Məmmədovun vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün böyük və əvəzsiz itkidir