Rusiyanın böyük rabitə şirkətinə azərbaycanlı rəhbərlik edəcək

Rusiyanın “VimpelCom” (“Bilayn” brendi) telerabitə şirkətinin prezidenti vəzifəsinə azərbaycanlı Rəşid İsmayılov seçilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qərarı şirkətin Direktorlar Şurası avqustun 17-də keçirilən iclasda verib.

Rəşid İsmayılov ilə 2023-cü ilin avqust ayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, R.İsmayılov 2014-2018-ci illərdə Rusiyanın rabitə nazirinin müavini, daha sonra bu ölkədə “Nokia” şirkətinin bölməsi üzrə baş direktor vəzifəsində çalışıb, 2019-cu ildən isə Rusiyada internetin trafik tənzimlənməsi ilə məşğul olan şirkətə rəhbərlik edib.

ƏvvəlkiTürkmənistan propileni BTQ xətti ilə Mersinə çatdırılıb
NövbətiAzərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinə sədr təyinatı olub