Rusiyanın Baş naziri Azərbaycana gəlib

Rusiya Hökumətinin sədri Mixail Mişustin noyabrın 17-də Azərbaycana səfərə gəlib.

“Report” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Rusiya Hökumətinin sədrini Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Xələf Xələfov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər qarşılayıblar.

ƏvvəlkiTürkiyə parlamenti Azərbaycan Milli Məclisinin Fransa Senatının qərəzli qətnaməsinə qarşı bəyanatını dəstəkləyib
NövbətiBakıda II Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi keçirilir