Rusiyanın aviazərbələri nəticəsində Odessa vilayətində 18 nəfər həlak olub

Fevralın 24-də Rusiyanın Odessa vilayətində hərbi hissəyə endirdiyi aviasiya zərbələri nəticəsində 18 nəfər həlak olub.

Trend xəbər verir ki, bu barədə Odessa vilayəti Administrasiyasının mətbuat xidməti özünün feysbuk səhifəsində məlumat yayıb.

Məlumata görə, həlak olanların 8-i kişi, 10-u isə qadındır. Dağıntılar altından çıxarılan 6 nəfər Podolsk şəhər xəstəxanasına yerləşdirilib. Onlardan 1-i xəstəxanada ölüb.

ƏvvəlkiAvropada təbii qazın qiyməti 35 faiz bahalaşıb
NövbətiPrezident İlham Əliyev Dünya İqtisadi Forumunun Prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib