Rusiyanın “Aeroflot” aviaşirkəti Azərbaycana uçuşları dayandırır

Rusiyanın “Aeroflot” aviaşirkəti Azərbaycana uçuşları dayandırır.

AZƏRTAC xəbər verir ki, “Aeroflot” koronovirus pandemiyası ilə əlaqədar martın sonlarında 7 ölkəyə, o cümlədən Azərbaycana uçuşları dayandırır. Bu barədə şirkətin saytında məlumat verilib. Belə ki, Bakıya uçuşlar martın 29-dan aprelin 30-dək həyata keçirilməyəcək.

Şirkət Helsinki, Stokholm, Zaqreb, Sofiya və Afinaya da reysləri müvəqqəti ləğv edib.

ƏvvəlkiGürcüstanda daha iki pasiyent koronavirusdan sağaldı
NövbətiYAP Gəncə şəhər təşkilatı “Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyasına qoşuldu