Rusiyalı deputatlar Ermənistandakı etirazçıların lideri ilə görüşəcək

Yerevanda səfərdə olan Rusiya Dövlət Dumasının deputatları bu gün Ermənistandakı etiraz aksiyaların lideri Nikol Paşinyanla görüşəcəklər.

Türk.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqə üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov bildirib.

“Nikol Paşinyan məndən görüşməyi xahiş… Mənə zəng edib dedilər ki, Paşinyan aprelin 29-da parlamentdə görüşməyi xahiş edir”, – deyə Leonid Kalaşnikov bildirib.

Yerevanda səfərdə olan Rusiya Dövlət Dumasının deputatlarından ibarət nümayəndə heyəti ötən gün Ermənistan parlamentinin bütün fraksiyaları görüşlər keçiriblər.

ƏvvəlkiErmənistan müxalifəti Yerevanda irimiqyaslı etiraz aksiyası keçirəcək
NövbətiErmənistan silahlı bölmələri atəşkəsi 87 dəfə pozub